12 dekabr 2012 15:54
PFL jurnalistləri Böyük Oyuna aparır
Topaz Premyer Liqasının 17-ci turunda Lənkəran şəhərində baş tutacaq “Xəzər Lənkəran” – “Neftçi” oyununa KİV nümayəndələrinin avtobusla səfəri planlaşdırılır. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda səfərdə iştirak etmək istəyən KİV nümayəndələrinin 14 dekabr tarixində AFFA-nın inzibati binasının həyətinə 7:45-dən gec olmamaq şərti ilə gəlmələri xahiş olunur.
