12 dekabr 2012 16:28
Yığmamızın baş məşqçisi: Bu turnirin təşkili Azərbaycana böyük fayda verə bilər
Rusiyanın mini-futbol Federasiyası futzal klubları arasında MDB ölkələrinin çempionatını təşkil etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, bu ideya ilə sözügedən qurumun azərbaycanlı prezidenti Emil Əliyev məlumat verib.
Qeyd edək ki, turnirdə Azərbaycan təmsilçisinin də iştirakı gözlənilir. Bu üzdən də biz ölkənin ən aparıcı klublarından olan “Araz”ın baş məşqçisi Joze Alesio da Silvanın fikirlərini öyrənmək qərarına gəldik:
“Bu, çox maraqlı ideyadı. Şəxsən mənim çox ürəyimcədi. Çünki bu turnir baş tutsa, Azərbaycan futzalına, klublarımıza böyük fayda verə bilər. Belə olan halda klublarımız daimi oyun təcrübəsi qazanmış olarlar. Özü də daha güclü çempionatda”.