13 dekabr 2012 17:25
Yığmamızın rəqibi Ekvador ilə qarşılaşacaq
Futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərindən daha bir yoxlama oyunu keçirməyə qərar verib. Azerisport.az xəbər verir ki, bu, Portuqaliya yığmasıdı.
Kristiano Ronaldo və həmyerliləri qüvvəsini Ekvadorla görüşdə sınayacaqlar. Qarşılaşma fevralın 16-da keçiriləcək.
Qeyd edək ki, Azərbaycanla Portuqaliya arasındakı ilk oyun 0:3 hesabıyla başa çatmışdı. İkinci oyun isə gələn ilin mart ayının 26-da keçiriləcək.
