13 dekabr 2012 17:33

“Galatasaray Azərbaycanda təlim-məşq toplanışı keçirmək istəyir”

Türkiyənin “Galatasaray” klubunun vitse-prezidenti Əbdürrəhim Albayrak Bakıda “Galatasaray Store” mağazasının açılışından sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Bu mağazanın Azərbaycanda açılması ilə bağlı nə deyə bilərsiz?
- Mən çox şadam ki, hazırda burdayam. Bilirəm ki, Azərbaycanda “Galatasaray”ın çoxlu azarkeşi var. Fikrimcə, cəmi bir neçə gün sonra bura yeni formalar gətirmək lazım olacaq. Çünki burda olan malların tezliklə satılıb qurtaracağını düşünürəm.
 
- Bakıda çox olacaqsız?
- Xeyr. Bizim qarşıda “Fenerbahçe” ilə derbi oyunumuz var. Buna görə də sabah səhər Bakını tərk edəcəm. Amma belə erkən getdiyimə görə təəssüflənirəm. Çünki burda özümü hər bir türk kimi çox rahat hiss edirəm.
 
- İstanbul derbisindən nə gözləyirsiz?
- Gözəl oyun. Həmçinin azarkeşlərdən də centlmencə münasibət gözləyirik. Azarkeşlərimiz Çempionlar Liqasının “Manchester United” ilə oyununda özlərini yaxşı tərəfdən göstərdilər. Hətta rəqib komandanın baş məşqçisi Aleks Ferqyusson da onları yüksək səviyydə qarşıladığımıza görə təşəkkürünü bildirdi. Onlarla “Galatasaray”ın bazasında çay süfrəsi arxasına da oturduq.
 
- Sizin “Neftçi” ilə əməkdaşlıq edəcəyinizə dair xəbərlər düzdü?
- Xeyr. Bu barədə heç nə bilmirəm.
 
- “Galatasaray”ın Azərbaycana gəlməsini gözləməyə dəyər?
- Gələn ilin əvvəlində biz bu barədə düşünəcəyik. İstərdik ki, burda təlim-məşq toplanışı keçirək. İndidən dəqiq vaxt demək çətindi. Amma burda “Galatasaray”ın çoxlu azarkeşi var. Biz də məhz öz azarkeşlərimiz üçün oynayırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.