13 dekabr 2012 18:36
Sadıq Sadıqov Avropanın ən yaxşı klub prezidenti mükafatına layiq görüldü
Azərbaycan çempionu “Neftçi”nin prezidenti Sadıq Sadıqov Türkiyədə mükafat alacaq. Azerisport.az xəbər verir ki, bu barədə sportrkiye.com saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Sadıq Sadıqova “III Sporun Zirvəsi” İstanbul tədbirində mükafat veriləcək. “Neftçi”nin rəhbəri hər il Avropada bir klub prezidentinə verilən Beynəlxalq Üstün Xidmət mükafatını almaq haqqı qazanıb. Təşkilatçılar bu mükafatı Sadıqova Azərbaycan futboluna verdiyi xeyir və ilk dəfə bir Azərbaycan klubunun Avropa Liqasının qrup mərhələsinə düşməsi səbəbindən verəcək.
Tədbir dekabrın 17-də İstanbuldakı Haliç Universitetində keçiriləcək. “Lig TV”nin canlı yayımlayacağı tədbirə Türkiyədən başqa 5 ölkədən 11 əcnəbi idman adamı qatılacaq.
