13 dekabr 2012 19:26

“Azərbaycanın MDB liqasında iştirakı sual altındadı”

“Azərbaycanın yaradılması təklif olunan futbol üzrə MDB liqasında iştirakı sual altındadı”. Azerisport.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov bildirib.
 
O deyib ki, bu liqanın yaradılması üçün xeyli məsələlər öz həllini tapmalıdır. "Hazırda MDB-nin hər bir ölkəsinin öz müstəqil çempionatı var, FIFA-nın qurduğu reqlament çərçivəsində beynəlxalq oyunlar keçirilir. Əlavə liqada iştirak etmək mümkünsüz görünür".
 
Qeyd edək ki, bu gün Rusiya Futbol Premyer Liqasının (RFPL) prezidenti Sergey Pryadkin Moskvada keçirilən mətbuat konfransında MDB birləşmiş çempionatının keçirilməsi üçün İcraiyyə komitəsinin yaradıldığını bildirib. Pryadkin çempionatın layihəsinin hazırlanmasını RFPL-in öz üzərinə götürdüyünü vurğulayıb.
 
Elxan Məmmədov isə bildirib ki, bununla bağlı AFFA-ya rəsmi müraciət daxil olmayıb.
"Bu ideya bir neçə dəfə səsləndirilib, mətbuatda yayılıb. MDB liqası yaradılarkən hər ölkənin çempionatı, ölkələr arasında uzaq məsafələr nəzərə alınmalıdır. Bundan başqa, hər bir müstəqil ölkənin çempionatının öz legioner limiti var".
 
Məmmədov qeyd edib ki, digər bir variant ölkənin hansısa klubunu yalnız MDB çempionatında iştirak üçün ayırmaqdır: "Belə olan təqdirdə isə klub tamamilə öz çempionatından təcrid olunacaq və sonradan qayıdıb yerli liqada çıxış etməsi çətinləşəcək".
 
AFFA-nın baş katibi bir vaxtlar mövcud olan MDB kubokunun kifayət qədər maraqlı turnir olduğunu xatırladıb: "Həmin MDB birinciliyinə Azərbaycan tərəfi hərtərəfli təşkilati dəstək verməyə hazırdır". (Trend)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.