13 dekabr 2012 20:26
Kəpəz İnterlə oyun öncəsi məşqlərini davam etdirir
Qarşıdakı turda Gəncədə “İnter”i qəbul edəcək “Kəpəz” doğma meydanda məşqləri davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın bu günə təyin olunan hazırlıq prosesi saat 12:00-da başlayıb.
Narın yağış altında keçən məşq həmişəki kimi isinmə hərəkətləri ilə başlayıb. Sonradan baş məşqçi Mahmud Qurbanovun tapşırığına əsasən futbolçular ötürmələr üzərində işləyib. Çalışmalara xüsusi proqram əsasında keçirilən ikitərəfli oyunla yekun vurulub.
