13 dekabr 2012 11:45
Tuyqun Nadirov: Neftçi və XL arasındakı oyunlara maraq heç vaxt azalmayıb
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Topaz premyer Liqasının 17-ci turunun “Neftçi” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Neftçi” ilə oyunun hazırlıqları necə keçir?
- Komanda bu oyuna da digər qarşılaşmalara olduğu kimi hazırlaşır. “Bakı” və “Simurq”la son oyunlarımızda heç-heçə ilə barışmalı olsaq da, komandanın oyun planında irəliləyiş hiss olunur. Futbolçularımız əsl xarakter nümayiş etdirirlər. Əminəm ki, “Neftçi” ilə matç ən yaxşı oyunlarımızdan biri olacaq. “Böyük oyun” ətrafında həmişə böyük ajiotaj olur. Amma indidən heç bir proqnoz vermək olmur. Fikrimcə, göstəriləcək futbol hər kəsi sevindirəcək.

- Sizə elə gəlmir ki, “Böyük oyun”a əvvəllər daha çox maraq var idi?
- Xeyr. Bu oyuna əvvəllər də böyük maraq var idi, indi də. Bu oyuna münasibət Azərbaycanda heç vaxt dəyişməyəcək. Həm futbolçularımız, həm məşqçilərimiz qarşılaşmanın əhəmiyyətini başa düşürlər. Əlbəttə, “Xəzər Lənkəran” azarkeşləri üçün hər bir rəqiblə oyunumuz maraqlıdı. Amma “Neftçi” ilə oyun xüsusi yer tutur.

- Amma Lənkərandakı son oyunda anşlaq olmamışdı...
- Əsl azarkeşlərimiz həmişə komandamızın yanındadılar. Lənkəranda ən yaxşı azarkeşlər toplaşıb. Əminəm ki, Böyük oyunda stadionda əla atmosfer olacaq. Bilirsiz ki, azarkeşlərimiz bizi həmişə dəstəkləyirlər. Ona görə də hər komanda Lənkəranda istədiyi oyunu sərgiləyə bilmir.

- Bu yaxınlarda məlum oldu ki, Branimir Subaşiçi Türkiyənin “Adanaspor” klubu almaq istəyir. Siz onu buraxacaqsız?
- Subaşiçlə müqavilənin müddəti bu ilin sonunda başa çatır. Onun qalıb-qalmayacağına isə ancaq baş məşqçi cavab verə bilər. Çünki komandanın üzvlərinin taleyinə yalnız o cavabdehdi. Əgər Subaşiç ona lazım olacaqsa, yeni müqavilə bağlayacağıq.

- Bəs Ruslan Abışov? Onun da “Rubin”ə keçəcəyi barədə söhbətlər dolaşır...
- Komandamızın heyətində digər klubların maraq dairəsində olan xeyli futbolçu var. Biz buna şadıq. Amma Ruslanla bağlı bizə heç bir rəsmi təklif gəlməyib. Əgər olsa, buna baxarıq. Biz futbolçularımızın legioner həyatı yaşamasına kömək etməyə hazırıq. Lakin yenə deyirəm ki, bunun üçün rəsmi təklif olunmalıdı.
- Kamran Ağayevin aqibəti necə olacaq?
- Bizim onunla iki illik müqaviləmiz var. Amma bəyan etmişik ki, bu qapıçını almaq istəyən klub varsa, bizə müraciət edə bilər. Bunun üçün müəyyən olunmuş məbləği ödəmələri də şərtdi. Həmin məbləğ də normaldı. Mümkündü ki, onu alacaq klublar transfer pəncərəsinin açılmasını gözləyirlər. Vaxtilə biz də bu futbolçunu pulla almışıq. İndi onun pul borcu olduğu üçün, həmin borcu bağlamaq lazımdı. Yalnız bu halda Kamran başqa klubda oynaya bilər.

- XL-da qışda hansı dəyişiklər ola bilər?
- Güclənmə olacaq. Klub rəsmiləri müxtəlif Avropa ölkələrinə yollanaraq, yeni oyunçular axtarırlar. Həmçinin bizə Nigeriyadan da futbolçular təklif edirlər. Amma bütün transferlər yanvarda olacaq. Yeni futbolçular almağı düşünürük.