13 dekabr 2012 12:07
“Qarabağın formasını hələ də dolabımda saxlayıram”
“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Denis Sokolovski dolabında formalarını saxladığı klublardan danışıb. Azerisport.az xəbər verir ki, futbolçu şərəfini qoruduğu klublardan danışarkən Azərbaycan təmsilçisinin də adını çəkib:
“Vorskla”, “Qarabağ” və “Panionios”un formalarını həmişə dolabımda saxlayıram. Bundan başqa sevimli “Milan”ımın, Oleq Veretennikovun adı yazılan “Aris”in və atamın mənə bağışladığı “Brügge”nin də formaları varımdı. Hələ də təəssüflənirəm ki, “Valencia” ilə yoxlama oyunundan sonra Joselin Anqlomanın formasını ala bilmədim”.
