13 dekabr 2012 12:38
Azərbaycan millisinin rəqibi Ermənistanı seçdi
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Lüksemburq yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, millimizin rəqibi Ermənistanla qarşılaşacaq.
Sözügedən qarşılaşma fevralın 5-də Fransada keçiriləcək.
Qeyd edək ki, Azərbaycan yığması ilə Lüksemburq arasındakı ilk görüş isə martın 22-də baş tutacaq.
