13 dekabr 2012 13:09
Bu gün Galatasarayın Bakıda mağazası açılacaq
Bu gün Bakı şəhərində Türkiyənin “Galatasaray” idman klubunun rəsmi mağazası – “Galatasaray Store” açılacaq. Azerisport.az xəbər verir ki, mağazada “Nike” firmasının istehsalı olan orijinal “Galatasaray” formaları və klubun digər simvolikası satılacaq.
“Galatasaray Store”un təntənəli açılış mərasiminə Türkiyə klubunun vitse-prezidenti Ebdurrehim Albayrak başda olmaqla digər klub rəsmilərinin, eləcə də Azərbaycan yığmasının bəzi üzvlərinin iştirakı gözlənilir. Baş məşqçi Fateh Terimin köməkçisi Hasan Şaş və Ümit Davalanın da tədbirə qatılacağı bildirilir.
Qeyd edək ki, hazırda Türkiyədə 41, Şimali Kipr Türk Cümhuriyyətində isə 1 “Galatasaray Store” mağazası fəaliyyət göstərir. Satışlar internet vasitəsilə də həyata keçirilir.
