13 dekabr 2012 13:54
Mircavadov: Abışovun yoxluğu Neftçi ilə görüşdə özünü göstərə bilər
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov azerisport.az saytının suallarını cavablandırıb.
- Qarşıdan “Neftçi” və “Xəzər Lənkəran” arasındakı Böyük oyun gəlir. Bu görüşdən nə gözləyirsiz?
- Həmişə olduğu kimi, gərgin oyun olacaq. Hər iki kluba xal çox lazımdı. “Neftçi”də vəziyyət bir qədər yaxşıdı. Çünki komandanın hələ ehtiyatda daha üç oyunu var. “Xəzər Lənkəran” isə turnir vəziyyətini daha da yaxşılaşdırmaq üçün mütləq qələbə qazanmalıdı. Lənkəranda keçirilən oyunlar adətən anşlaqla keçir. Bu dəfə də elə olması istisna deyil.

- Bu komandaların son oyunlarını izləmisiz?
- Bəli. “Neftçi” son turda “Rəvan”ı asanlıqla yendi. Amma XL “Simurq”dan çox çətinliklə bir xal aldı. Lənkəranlılarda işlərin heç də onlar istəyən kimi getmədiyi hiss olunur. Həmin oyunda qırmızı vərəqə alan Ruslan Abışovun yoxluğu “Neftçi” ilə görüşdə özünü göstərə bilər.

- Karles Bakesin işini necə qiymətləndirə bilərsiz?
- Düzünü deyim ki, onun iş metodunu görməmişəm. Amma belə gənc mütəxəssislərə daha çox vaxt verilməlidi. O, həm öz yetirmələrini daha yaxşı tanımalıdı, həm də Azərbaycanda futbol mentalitetinə yaxından bələd olmalıdı.

- Sizcə, indiyə qədər uşaq futbolunda çalışmış bir mütəxəssisi belə bir posta gətirmək nə dərəcədə düzgün qərardı?
- Bu, klub rəhbərliyinin verdiyi qərardı və biz buna hörmətlə yanaşmalıyıq. Yəqin ki, bunu düzgün hesab etdikləri üçün dəvət ediblər.

- Bu mövsüm klublar arasında rəqabət çox böyükdü. Siz necə düşünürsüz?
- Həqiqətən də elədi. Heç bir komandanı xüsusi vurğulamaq olmur. Hər hansı komanda iki-üç ardıcıl qələbədən sonra mütləq xal itirir. Sabit oyun sərgiləyən komanda yoxdu.

- Bəs siz favoritlər qismində hansı klubları vurğulaya bilərsiz?
- “Neftçi”, “İnter”, “Qarabağ” və “Qəbələ”ni qeyd edərdim. “Simurq”u da unutmamaq lazımdı.

- Sizcə, ilk altılığa kimlərin düşəcəyini indidən söyləmək olar?
- İndidən kimlərin ilk altılıqda olacağını dəqiq demək mümkünsüzdü. Qarşıda hələ xeyli oyun var. Komandalar arasındakı xal fərqi də çox deyil. Üstəlik, qış fasiləsi də olacaq. Çox şey ola bilər.

- MDB ölkələrinin klubları arasında yeni çempionat keçirmək ideyasına münasibətiniz necədi?
- Bu, maraqlı çempionat ola bilər. Amma bunu formatı bir qədər düşündürür. Cavabsız qalan çoxlu suallar var. Məsələn, avrokuboklara ordan neçə vəsiqə veriləcək? Yaxud Azərbaycandan bura bir klub gedəcəksə, onu necə müəyyənləşəcək? Bütün bu və digər suallara aydınlıq gətirilməlidi. Prinsipcə, yaxşı ideyadı.