13 dekabr 2012 14:15
Atletico mövsümün sonuna qədər Azərbaycanı reklam edəcək
İspaniyanın "Atletico" (Madrid) klubu bu mövsümün axırına kimi meydana üzərində "Land of Fire Azerbaijan" (Odlar yurdu Azərbaycan) sözləri yazılan forma ilə çıxacaq. Azerisport.az xəbər verir ki, bu, madridlilərin “Bakı” ilə əməkdaşlığı çərçivəsində baş tutacaq.
Xatırladaq ki, "Atletico" indiyə qədər "Real" (Madrid) və “Deportivo” ilə La Liqa, eləcə də “Getafe” ilə kubok görüşlərində artıq bu formanı geyinib. “Atletico” qarşıdan gələn “Barcelona” ilə La Liqa oyununa da eyni forma ilə çıxmalıdı. Sözügedən qarşılaşma dekabrın 16-da keçiriləcək və “Nou Kamp”da baş tutacaq.
Qeyd edək ki, “Bakı” ilə “Atletico” arasındakı əməkdaşlıqla bağlı anlaşmanın müddəti isə 3 ildi.
