13 dekabr 2012 14:32
“Bizdə prezidentdən tutmuş ən siravi işçiyə kimi hamı çempionluğa acdı”
“Qarabağ” iki gün sonra “Bakı” ilə vacib oyuna çıxacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubu paytaxt təmsilçisiylə görüşdə maraqlı məqam yaşana bilər.
Belə ki, cari mövsüm “Qarabağ”ın bütün görüşlərində 90 dəqiqə meydanda olan Admir Teli ümumiyyətlə 2 ildi əvəzlənmədən oynayır. 31 yaşlı müdafiəçi 2 il bundan öncə dekbarın 18-də baş tutan “Qarabağ” – “Muğan” görüşündə meydanda olmayıb. O zamandan bəri əvəzedilməyən albaniyalı legioner artıq Premyer Liqada ardıcıl 63 matçı geridə buraxıb. Ölkə kuboku və Avroliqa oyunlarını da nəzərə alsaq Admirin seriyasını 70-i ötdüyünün şahidi olaraq.
Alban futbolçu möhtəşəm seriyası barədə klubun rəsmi saytına danışıb: “Belə bir göstəriciyə sahib olmağımdan xəbərim yoxdu. Daha doğrusu, elə də maraqlanmıram şəxsi göstərcilərimlə. Bunu nəyə borcluyam? Heç bir məşqi buraxmamağa, xaraktercə daim futbolu düşünməyimə və bir də baş məşqçinin inamına. Bu 3 komponent bir-birini bağlayır. Amma qeyd etdiyim kimi, bu nəticə məni elə də maraqlandırmır”.
Admir artıq “Qarabağ”la çempionluq yaşamaq istəyir: “4 ildi “Qarabağ”dayam. Zənnimcə, çempionluq qazanmaq hər şeydən daha vacibdi. Komandada prezidentdən tutmuş ən siravi işçiyə kimi hamı çempionluğa acdı. Mən də inanılmaz dərəcədə çempionluq istəyirəm. Düşünürəm ki, bunun zamanı çatıb. Baxmayaraq ki, çempionatda rəqabət artıq qızıl medal qazanmalıyıq. Əvvəllər bizim 2 və ya 3 rəqibimiz olardı. İndi fikir verin, 6-7 komanda 1-ci yerə istəklidi. Təbii ki, qışa lider kimi yollanmaq istəyirik. Bu bizə əlavə stimul verəcək. Komandaya transfer məsələsinə qarışmıram. Təbii ki, komandanın gücləndirəcək futbolçuya hər zaman ehtiyac var. Amma qeyd etdiyim kimi bu baş məşqçinin səlahiyyətinə aid olan bir şeydi. “Bakı” ilə qarşıdan gələn oyun elə də asan olmayacaq. Ötən mövsüm revanşı haqda düşünmürük. Düzdü, Avroliqaya gedən yolumuzu bağlamışdılar. Amma keçmişlə yaşamaq bugün bizə uğur gətirməyəcək. Daim işləməli və hər oyuna xüsusi diqqət yetirməliyik”.
