13 dekabr 2012 14:57
Neftçi Kyueldən imtina etdi
Azərbaycan çempionu “Neftçi” Avstraliya futbolunun məşhur simalarından olan Harri Kyueli transfer etməkdən imtina edib. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu Azərbaycan klubunda oynamaq istəyində imiş.
Vaxtilə “Lids” və “Galatasaray” kimi klublarda çıxış etmiş futbolçunun meneceri onu Azərbaycan çempionuna təklif edib. Lakin Bakı klubu Kyueli transfer etmək istəməyib.
Qeyd edək ki, İngiltərə çempionatındakı çıxışını başa vurandan işsiz qalan Kyuel karyerasını başa vurmaq istəyir. O, özünə yeni iş yeri tapa bilməsə, butslarını divardan asmağa yaxındı.
Qeyd edək ki, 1978-ci ilin sentyabrında dünyaya göz açan Kyuel futbolçu karyerasına Avstraliyanın "Markoni Stallions" klubunda başlayıb. Daha sonra İngiltərənin "Lids" klubuna transfer olunan Avstraliya millisinin üzvü burada özünü yaxşı tərəfdən göstərib. Keçirdiyi 181 oyunda 45 qola imza atan Kyuel 2003-cü ildə digər ingilis klubu "Liverpool"a transfer olunub. Beş ildə "Liverpool"da 100-ə yaxın oyun keçirən hücumameylli yarımmüdafiəçi daha sonra Türkiyənin "Qalatasaray" klubuna keçir. 2011-ci ilə qədər "Cim Bom"un şərəfini qoruyan Kyuelun son komandası isə Avstraliyanın "Melborn Viktori" klubu olub.
