14 dekabr 2012 17:52

Böyük oyunda XL qələbə qazandı (YENİLƏNİB)

Bu həftə Topaz Premyer Liqasında 17-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
Hesabat turuna möhtəşəm oyunla start verilib. Belə ki, Lənkəranda baş tutan qarşılaşmada “Xəzər Lənkəran” və “Neftçi” çempionatda yubiley – 25-ci qarşılaşmaya çıxıb. Paytaxt təmsilçisi ümumi balansda öndə olsa da, son 5 ildə səfərdə qalib gələ bilmirdi. İlk dövrədə keçirilən oyunda isə son ölkə çempionu 2:1 hesablı qələbəyə sevinmişdi. Bu üzdən də “ağ-yaşıllar” həm sözügedən məğlubiyyəti, həm də son uğursuzluqları unutdurmaq üçün qələbə qazanmağa çalışacaqdılar.
 
Qarşılaşma kifayət qədər maraqlı alınıb. Qollu alınan matçda 3 xalı meydan sahibləri bayram ediblər.
 
Topaz Premyer Liqası
17-ci tur
14 dekabr (cümə)
 
XƏZƏR LƏNKƏRAN – NEFTÇİ - 2:1 (1:0)
Qollar: D.Sialmas, 6 (1:0), N.Kanales, 52 (1:1), A.Pit, 83 (2:1)
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Rza Məmmədov, Ramiz Məhərrəmov.
Lənkəran. Şəhər stadionu.
 
Oyun başladı
5. XL oyuna daha fəal başlayıb və ardıcıl hücumlar qurur
6. Sialmasın uzaq məsafədən doqquzluğa ünvanladığı topu son anda Stamenkoviç kornerə çıxarır
6. Korner zamanı qapı qarşısına ötürməni Sialmas başla tora qovuşdurur - 1:0
10. Flavinyonun hesabı bərabərləşdirməsinə son anda Skarlatake mane olur
11. Qonaqların korner vuruşu bəhrəsizdi
15. Flavinyonun uzaqdan zərbəsi çox bərbad alınır
16. Kanalesin zərbəsi qapıdan yan keçir
20. "Neftçi" buraxılan qoldan sonra təzyiqi artırıb
22. Qonaqlar növbəti korner vuruşu zamanı yenə istəklərinə nail ola bilmirlər
24. T.Quliyev oyunda ilk sarı vərəqənin müəllifinə çevrilir
27. J.Vobay da sarı vərəqə alır
28. Sialmasın hiyləgər zərbəsini Saşa kornerə çıxarır
29. XL növbəti künc zərbəsindən fərqlənməyə çalışsa da, bu, alınmır
31. XL ikinci qola yaxın olsa da, qonaqlar son anda təhlükəni sovuşdura bilirlər
32. Bertuççinin uzaqdan zərbəsi dəqiq alınmır
34. Ramosun uzaqdan zərbəsi qapıdan yan keçir
39. Subaşiçin zərbəsi qapıdan yan keçir
42. Bertuççinin zərbəsi qapıçıda qalır
43. E.Abdullayev sarı vərəqə alır
44. Flavinyo da sarı vərəqə ilə cəzalanır
45. Pitin zərbəsində azacıq dəqiqlik çatışmır
45. İlk yarının əsas vaxtına 1 dəqiqə əlavə olunur
45+1. Flavinyonun zərbəsini Sadıqlı iki cəhddə tuta bilir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
51. Sadıqlı Flavinyoya qarşı qayda pozuntusuna görə sarı vərəqə almaqla yanaşı, penaltiyə səbəb olur
52. Kanales penaltini dəqiq yerinə yetirərək, hesabı bərabərləşdirir. Qapıçı onun ilk cəhdinin qarşısını alsa da, Nikolas təkrar zərbəylə toru silkələyir - 1:1
54. R.Əmirquliyev sarı vərəqə ilə cəzalanır
55. Sialmasın zərbəsini Stamenkoviç tutur
55. Vobayın zərbəsi dəqiq olmur
57. Vobayın əlverişli mövqedən vuruşu pis alınır
59. "Neftçi" ardıcıl iki künc zərbəsindən yaxşı yararlana bilmir
60. Qonaqlar qoldan sonra da hücumlarına ara vermirlər
61. XL çox təhlükəli hücum qursa da, Sialmas Subaşiçin ideal ötürməsini qolla tamamlaya bilmir
62. Vobayın qüvvətli zərbəsini Sadıqlı dəf edir
62. Bertuççinin zərbəsini yenə qapıçı kornerə çıxarır
63. "Neftçi"nin korner vuruşunda müdafiəçilər sayıqlığını itirmirlər
65. Kanalesin təhlükəli zərbəsi qapıdan yan keçir
69. Sialmasın zərbəsini qapıçı tutur
71. "Neftçi"də C.İmamverdiyevi M.Seyidov əvəzləyir
73. Sialmas inanılmaz epizodu boşa verir
74. Subaşiçin zərbəsi o qədər də qüvvətli alınmır və qapıçıda qalır
76. Sialması S.Tounkara əvəzləyir
77. Flavinyonun əvəzində meydana A.Abdullayev çıxır
83. Cərimə meydançasına ötürmə zamanı rəqib qapıçı ilə müdafiəçi arasındakı anlaşılmazlığı Pit bağışlamır - 2:1
85. Skarduelli sarı vərəqə alır
88. Qonaqlar daha bir korneri boşa verirlər
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. Subaşiç də sarı vərəqə alan futbolçuların sırasına qoşulur
90+2. Subaşiçi A.Ramazanov əvəzləyir
Matç başa çatdı
 
XƏZƏR LƏNKƏRAN: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev, 11. Dmitrios Sialmas, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Manuel Skarlatake.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Akif Tağıyev, 7. Sadio Tounkara, 17. Kazım Kazımlı, 20. Elnur Cəfərov, 42. Kamran Abdullazadə, 55. Ağabala Ramazanov.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 25. Cavid İmamverdiyev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 14. Bahodir Nasimov, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 20. Eşqin Quliyev, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
 
15 dekabr: Kəpəz – İnter, Bakı – Qarabağ, AZAL – Turan, 16 dekabr: Qəbələ – Simurq, Rəvan – Sumqayıt.
 
1 İnter 15 7 6 2 15 6 +9 27
2 Simurq 16 7 6 3 19 11 +8 27
3 Qarabağ 16 7 6 3 22 16 +6 27
4 Qəbələ 16 7 4 5 19 17 +2 25
5 Neftçi 13 8 0 5 28 15 +13 24
6 XL 17 6 6 5 24 17 +7 24
7 AZAL 15 5 6 4 19 15 +4 21
8 Turan 15 5 4 6 19 20 –1 19
9 Bakı 14 3 8 3 14 11 +3 17
10 Rəvan 16 4 4 8 14 25 –11 16
11 Sumqayıt 16 3 5 8 12 29 –17 14
12 Kəpəz 16 2 3 11 10 32 –22 9
 
Bombardirlər:
14 - Nikolas Kanales (Neftçi)
8 - Franko Nildo (AZAL)
7 - Salif Ballo (Turan)
6 - Zohair Benuahi (AZAL), Riçard Almeyda (Qarabağ).

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.