14 dekabr 2012 17:16
Qarabağ Bakı ilə oyuna hazırdı
“Qarabağ” “Bakı”yla oyunun hazırlıqlarını başa vurub. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 17-ci turunda paytaxtın eyniadlı komandasının qonağı olacaq “Qarabağ” hazırlıqlarını tamamlayaraq matç saatını gözləyir.
Bu gün oyun öncəsi sonuncu məşqini edən komanda matç saatını gözləyir. “Qarabağ” vacib görüşə tam heyətlə hazırlaşıb.
Qeyd edək ki, “Bakı” – “Qarabağ” oyunu dekabrın 15-də, saat 14:00-da “Bakı” Futbol Klubunun təlim-məşq bazasının stadionunda keçiriləcək.
