14 dekabr 2012 18:01
Vaqif Sadıqov: Qalib gəlməyə borcluyuq
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 17-ci turunun “Turan”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu oyundan uğurlu nəticə gözləyirik. Qarşılaşmaya ciddi hazırlaşırıq. Çünki çempionatda asan rəqib yoxdu. İlk altılığa düşmək istəyirik. Bunun üçün də qələbə qazanmağa borcluyuq. Birinci dövrədə “Turan”a məğlub olmuşduq. Amma həmin görüşdə komandamız yaxşı təsir bağışlamışdı. Deməzdim ki, komandam revanş almağa köklənib. Bizə sadəcə bu rəqibi məğlub etmək lazımdı. Revanş heç də əsas deyil”.