14 dekabr 2012 19:45
Hacıyev: Xəzər Lənkəranı indiyədək bu qədər zəif görməmişdim
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 17-ci turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Neftçi”nin istədiyi şərait yox idi. Öz oyunumuzu ortaya qoymaq istədik. Təəssüf ki, fərdi səhvlərdən qollar buraxdıq və məğlub olduq. Bu, belə qalmayacaq. Mən azərbaycanlıyam və bununla fəxr edirəm. Biz komandanı xalqımız üçün düzəldirik. “Xəzər Lənkəran” komandasını indiyədək bu qədər zəif görməmişdim. Sadəcə bu oyunda bəxtimiz gətirmədi. “Neftçi” bu il də çempion olacaq, Azərbaycanda bizim rəqibimiz yoxdu”.
