14 dekabr 2012 20:41
Kəpəz İnterlə oyun üçün məşqləri başa vurdu
Sabah Topaz Premyer Liqasının 17-ci turunun oyunları çərçivəsində Gəncədə “İnter”i qəbul edəcək “Kəpəz” matçla bağlı hazırlıqlarını yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, komanda bu gün oyun öncəsi son məşq prosesini keçirib.
Məşq saat 11:00-da başlayıb. Baş məşqçi Mahmud Qurbanov yetirmələrini çətin oyun öncəsi çox da yükləməyib. Bir saatdan artıq sürən çalışmalarda daha çox toplu məşqlərə yer verilib.
