15 dekabr 2012 16:55

Bakı və Qarabağdan sülh, AZAL büdrədi, İnter vahid lider oldu (YENİLƏNİB)

Bu gün Topaz Premyer Liqasında 17-ci turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə üç görüş baş tutub.

“Bakı” lider “Qarabağ”la münasibətlərinə aydınlıq gətirib. Ağdam təmsilçisi bu görüşdə xal itkisi ilə üzləşib. Çempionatın digər lideri “İnter” bu tur “Kəpəz”lə üz-üzə gəlib. "Bankirlər" iki cavabsız qolla qazandıqları 3 xal sayəsində vahid liderliyi ələ alıb. Cari mövsümün əsas sürprizlərindən biri hesab olunan “Turan” səfərdə AZAL-la qarşılaşıb. Bu görüş də sülhlə bitib.
 
Qeyd edək ki, turun ilk oyun günündə “Xəzər Lənkəran” “Neftçi”yə qalib gəlmişdi - 2:1.
 
Topaz Premyer Liqası
17-ci tur
15 dekabr (şənbə)
 
AZAL – TURAN - 0:0 (0:0)
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Knyaz Əmiraslanov, Anar Göyçayski.
Bakı. AZAL Arena.
 
Oyun başladı
Benuahinin zərbəsi qapıdan yan keçir
E.Günlünün uzaq məsafədən vuruşunda top hədəfdən yan keçir
Tağızadə də qeyri-dəqiq zərbəylə yadda qalır
Benuahinin növbəti cəhdi boşa çıxır
F.Quliyevin başla zərbəsi qapıdan yan keçir
Nildonun vuruşunda top hədəfə düşmür
Benuahinin vuruşunda top qapının üstündən keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
AZAL fasilədən sonra fəallığı artırıb
Novruzov qeyri-dəqiq zərbəylə yadda qalır
Benuahi daha bir qol vəziyyətini boşa verir
Ballo hədəfi dəqiq nişan ala bilmir
Nildonun zərbəsi qapıdan yan keçir
AZAL daha bir qol şansını qaçırır
"Təyyarəçilər" bu gedişlə növbəti xal itkisinə yaxındılar
Ballonun zərbəsi dəqiq olmur
"Turan"ın əks-hücumları çox təhlükəli alınır
Matç başa çatdı
 
AZAL: 1. Amil Ağacanov, 2. Xuan Fransisko, 3. Usim Nduka (k), 4. Xose Junior Aylton, 20. Branislav Arseniyeviç, 6. Tagim Novruzov, 17. Viktor İbekoyi, 22. Ruslan Tağızadə, 19. Orxan Səfiyaroğlu, 11. Zohair Benouahi, 16. Junior Nildo.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 9. Elşən Məmmədov, 10. Tərlan Xəlilov, 7. Cavid Tağıyev, 23. Tural Nərimanov, 99. Orxan Həsənov, 37. Andrius Veliçka.
TURAN: 1. İvan Qrabovaç, 5. Fərid Quliyev, 6. Mikayıl Rəhimov, 7. Azər Məmmədov, 9. Murad Ağakişiyev, 10. Hafiz Əliyev (k), 14. Ender Günlü, 16. Elmixan Məmmədov, 21. Antonio Rukavina, 22. Salif Ballo, 26. Aleksandr Krutskeviç.
Ehtiyat oyunçular: 27. Natiq Səhrətov, 8. Budaq Nəsirov, 11. Qoqi Pipiya, 17. Fərmayıl Əliyev, 18. Seymur Tağıyev, 20. İlkin Sadıqov, 23. İrakli Beraya.
 
KƏPƏZ – İNTER - 0:2 (0:1)
Qollar: V.Levin, 24 (0:1), N.Hacıyev, 80 (0:2)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Diniyev.
Gəncə. Şəhər stadionu.
 
Oyun başladı
Meydan sahibləri ilk dəqiqələrdən daha fəal təsir bağışlayırlar
İmaməliyevin zərbəsi qapıdan aralı keçir
"İnter"in təhlükəli hücumunu Tsxadadze qeyri-dəqiq zərbəylə tamamlayır
Daşdəmirovun çox təhlükəli zərbəsi zamanı Radoş komandasını real qoldan xilas edir
Vladimir Levin dəqiq baş zərbəsi ilə hesabı açır - 0:1
Feutçin zərbə mövqeyinə çıxsa da, son anda müdafiəçilər qola imkan vermirlər
"İnter"in qapısı qarşısında daha bir təhlükəli vəziyyət yaradılsa da, Lomaya komandasını qoldan xilas edir
Tsxadadzenin zərbəsi qapıdan yan keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"İnter" fasilədən sonra daha da fəal görünür
Tsxadadzenin zərbəsinin qarşısı alınır
Kandelakinin səhvi az qala qolla nəticələnəcəkdi
"İnter" oyuna tam nəzarəti davam etdirir
Feutçin yenə qeyri-dəqiq zərbəylə yadda qalır
Nizami Hacıyev komandasının ikinci qoluna imza atır - 0:2
Hacıyev dubl etməyə yaxın olsa da, zərbəsi qapının üstündən keçir
Matç başa çatdı
 
KƏPƏZ: 1. İvan Radoş, 6. Məhərrəm Hüseynov, 9. Bəxtiyar Soltanov, 10. Armand Feutçin, 13. Emin İmaməliyev, 15. Şahin Kərimov (k), 18. Nikolay Svejentsev, 20. Emin Əliyev, 26. Georgi Sepiaşvili, 30. Yuri Fomenko, 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 16. Xəyal Zeynalov, 2. Nicat Məmmədov, 11. Ziyabil Məmmədov, 14. Elxan Əzizov, 17. Ceyhun Əhmədov, 23. Vüqar İbrahimov, 24. Oqtay Məmmədov.
İNTER: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 7. Nizami Hacıyev, 9. Daniel Genov, 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze, 24. Fuad Bayramov.
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 4. Valeri Abramidze, 11. Asif Məmmədov, 17. Aleksandr Qross, 25. İbrahima Niasse, 47. Abdulla Abatsiyev, 77. Ramil Masnurov.
 
BAKI – QARABAĞ - 0:0 (0:0)
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Namiq Hüseynov, Orxan Məmmədov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
 
Oyun başladı
10. Komandaların qarşılıqlı hücumları hələ ki, bəhrəsizdi və qapılar qarşısında ciddi təhlükə yaranmayıb
16. Əfran qol vurmağa çox yaxın olsa da, əlverişli mövqedən qapını dəqiq nişan ala bilmir
26. E.Məmmədov Şoliçin ötürməsini qola çevirmək istəsə də, F.Vəliyev buna imkan vermir
27. Meydan sahiblərinin korner vuruşu bəhrəsiz qalır
30. "Qarabağ" da künc zərbəsini effektli yerinə yetirə bilmir
40. Aqolli sarı vərəqə ilə cəzalanır
44. Medvedevin təhlükəli zərbəsini son anda Nuredinoski kornerə çıxarır
45. Qonaqların növbəti künc zərbəsi yenə bəhrəsizdi
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. Almeydanın çox təhlükəli zərbəsi qapıdan azca yan keçdi
53. "Bakı"nın künc zərbəsi zamanı qonaq müdafiəçilər sayıqlığı itirmirlər. Çox təhlükəli epizod idi
61. Muaremi R.Əliyev əvəzləyir
64. Cavadov uzaq küncü nişan alsa da, zərbəsi dəqiq olmur
66. Çesnauskini N.Novruzov əvəzləyir
69. E.Məmmədov sarı vərəqə ilə cəzalanır
70. Cavadovun cərimə zərbəsini Rauf başla tora qovuşdurmaq istəsə də, son anda Nuredinoski qola imkan vermir
76. V.Cavadovun əvəzində meydana V.Nadirov çıxır
77. Zədələnən Maksimi İ.Qurbanov əvəzləyir
81. E.Məmmədovu M.Verpakovski əvəzləyir
86. Əfranın zərbəsini son anda Nuredinoski kornerə çıxarır
89. Qara Qarayev rəqib futbolçunun ayağını bilərəkdən tapdaladığı üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulur
90. N.Novruzov sarı vərəqə alır
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
 
BAKI: 82. Edin Nuredinoski, 25. Şəhriyar Əliyev, 6. İbrahim Karqbo, 29. Əziz Quliyev, 2. Edemir Rodriqes, 11. Elvin Məmmədov (k), 10. Lukas Mario Horvat, 8. Junior Vilson, 7. Deiyidas Çesnauski, 17. Ramazan Abbasov, 77. Aleksandar Soliç.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 18. Tural Qürbətov, 27. George Popxadze, 14. Elvin Əliyev, 19. Nurlan Novruzov, 23. Maris Verpakovski, 3. Denis İvanov.
QARABAĞ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov.
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 6. Hacı Əhmədov, 9. Tural İsgəndərov, 17. Vüqar Nadirov, 11. Rauf Əliyev, 18. İlqar Qurbanov, 55. Bədavi Hüseynov.
 
Turun qalan görüşləri sabah keçiriləcək: Qəbələ – Simurq, Rəvan – Sumqayıt.
 
1 İnter 16 8 6 2 17 6 +11 30
2 Qarabağ 17 7 7 3 22 16 +6 28
3 Simurq 16 7 6 3 19 11 +8 27
4 Qəbələ 16 7 4 5 19 17 +2 25
5 Neftçi 14 8 0 6 29 17 +12 24
5 XL 17 6 6 5 24 17 +7 24
7 AZAL 16 5 7 4 19 15 +4 22
8 Turan 16 5 5 6 19 20 –1 20
9 Bakı 15 3 9 3 14 11 +3 18
10 Rəvan 16 4 4 8 14 25 –11 16
11 Sumqayıt 16 3 5 8 12 29 –17 14
12 Kəpəz 17 2 3 12 10 34 –24 9
 
Bombardirlər:
14 - Nikolas Kanales (Neftçi)
8 - Franko Nildo (AZAL)
7 - Salif Ballo (Turan)
6 - Zohair Benuahi (AZAL), Riçard Almeyda (Qarabağ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.