15 dekabr 2012 01:08
Kəpəz kapitansız qaldı
“İnter”lə ev oyununa “Kəpəz” ciddi itki ilə çıxacaq. Azerisport.az xəbər verir ki, Gəncə təmsilçisi təcrübəli futbolçu Azər Məmmədovun xidmətindən məhrum olub.
Kapitan sarı vərəqə limiti üzündən cəzalı duruma düşüb və bu üzdən sabah meydana çıxa bilməyəcək. Əvəzində Məmmədov ötən gün əvəzedici komandanın heyətində “İnter”ə qarşı forma geyinib.
