14 dekabr 2012 11:16

Topaz Premyer Liqası, 17-ci tur: Oqtay Abdullayevin proqnozu

Azərbaycan futbolunun veteranı Oqtay Abdullayev Topaz Premyer Liqasının 17-ci turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb. Azerisport.az həmin proqnozlarla sizi də tanış edir.
 
Xəzər Lənkəran – Neftçi
Hazırda “Neftçi” çox yaxşı formadadı. Cənublularda isə qısa zaman ərzində baş verən məşqçi dəyişiklikləri onların oyunlarına təsirsiz ötüşməyib. Ümumiyyətlə, belə bir şəraiti olan komanda bu cür oyun göstərməməlidi. Bu görüşdə də “Neftçi”nin qalib gələcəyini düşünürəm
 
Kəpəz – İnter
“Kəpəz”in bu qədər zəif oynayacağını düşünmürdüm. Komandanın heyəti çox yaxşıdı. Amma maliyyə problemlərinin olması onların çıxışına böyük təsir göstərir. “İnter” isə hazırda çempionatın favoritlərindəndi. Bu komandanın Gəncədə çətinlik çəkəcəyini düşünmürəm. “İnter” üç xal qazanmalıdı.

Bakı – Qarabağ
“Bakı” son oyunlarında yaxşı futbol sərgiləməyə başlayıb. Elə “Qarabağ”da da işlər qaydasında gedir. Mövsümün əvvəlində keçirilən oyunda “Qarabağ”ın qələbə qazanacağını demişdim. Amma bu dəfə heç-heçə olacağı qənaətindəyəm.

AZAL – Turan
AZAL-ın qələbə qazanmaqdan başqa çıxış yolu yoxdu. Onlar ilk altılığa düşmək üçün bu oyunda mütləq qələbə qazanmalıdılar. Qonaqların qələbə qazanmaq şanslarının olduğunu düşünmürəm. AZAL qələbə qazanacaq.
 
Rəvan – Sumqayıt
“Rəvan” öz rəqibindən daha güclü təsir bağışlayır. “Sumqayıt”da gənc futbolçular çoxdu. Amma çətin ki, “Rəvan” onlara göz açmağa imkan versin. Meydan sahiblərinin qələbə qazanacağını düşünürəm.

Qəbələ - Simurq
Hər iki komanda ilk altılığa düşmək üçün mübarizə aparır. “Simurq” bu mövsüm təkcə yaxşı futbol sərgiləmir, eyni zamanda yaxşı nəticələr qazanır. Amma mənə elə gəlir ki, bu dəfə qələbə “Qəbələ”nin olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.