14 dekabr 2012 11:54
Lənkəran şəhər stadionunun direktoru: Son söz AFFA-nındı
Lənkəran şəhər stadionunun direktoru Höccət Hacıyev “Xəzər Lənkəran” – “Neftçi” matçının baş tutma ehtimalını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz hazırda stadionun təmizlənməsi ilə məşğuluq. Düzdü, yağış bizə çox mane olur. Çünki yağış hələ də yağır və dayanmaq bilmir. Əlimizdən gələni edəcəyik ki, oyun baş tutsun. Amma son söz AFFA nümayəndəsinindi”.

Qeyd edək ki, Topaz Premyer Liqasının 17-ci turunda baş tutacaq “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması bu üzdən təxirə salına bilər. Belə ki, leysan yağışları onsuz da ideal olmayan arenanın qazonu bir qədər də yararsız hala salıb. Ona görə də mümkündü ki, ölkənin ən böyük iki klubunun görüşü baş tutmasın.