15 dekabr 2012 00:03
Türkiyə kubokunda qrup mərhələsinin püşkü atıldı
Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu mərhələdə səkkiz komanda mübarizə aparacaq.
Artıq həmin iştirakçılar qruplara da bölünüblər. Səkkiz klub iki yarımqrupda mübarizə aparmalı olacaqlar.
Qeyd edək ki, qrup mərhələsinə “1461 Trabzon”, “Bursaspor”, “Eskişehirspor”, “Fenerbahçe”, “Mersin İdmanyurdu”, “Antalyaspor”, “Sivasspor” və “Trabzonspor” vəsiqə qazanıb. Adıçəkilən komandalar aşağıdakı qruplara bölünüblər:
A qrupu
Fenerbahçe
Bursaspor
1461 Trabzon
Sivasspor
B qrupu
Trabzonspor
Eskişehirspor
Antalyaspor
Mersin İdmanyurdu
