15 dekabr 2012 20:30
Rail Məlikov Türkiyədə növbəti qələbəsinə sevindi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin “Denizlispor” klubu bu gün növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası PTT Birinci Liqanın 16-cı turu çərçivəsində “Ankaragücü” ilə qarşılaşıb.
Oyun doğma meydanda keçirilirdi. Ona görə də Dənizli klubu bu görüşdən maksimum nəticə ilə ayrılmağı hədəfləmişdi. Onların bu istəyi baş tutub - 2:1.
Bu görüşdə Railin də forma geyməsi istisna deyildi. Baş məşqçi Selahattin Dervent ötən turlarda olduğu kimi, onu bu dəfə də start heyətdə meydana buraxıb. Millimizin sabiq üzvü 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Railin komandası 16 oyuna 21 xalla 9-cu yerdə gedir.
PTT Türkiyə Birinci Liqası
16-cı tur
15 dekabr
Denizlispor - Ankaragücü - 2:1
