16 dekabr 2012 00:05
Yığmamızın forvardı oynamadı, komandası uduzdu (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu Türkiyənin “Erciyesspor” klubu bu gün növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası PTT Birinci Liqanın 16-cü turu çərçivəsində “Manisaspor”la qarşılaşıb.
Oyun doğma meydanda keçirilirdi. Ona görə də Kayseri klubu bu görüşdən maksimum nəticə ilə ayrılmağı hədəfləmişdii. Amma onlar bu görüşdən məğlub ayrılıblar.
Bu görüşdə Cihanın hansı aqibəti yaşayacağı maraqla gözlənilirdi. Təəssüf ki, millimizin üzvü bu dəfə də "18-lik"dən kənar qalıb.
Qeyd edək ki, Özkaranın komandası geridə qalan 16 oyuna topladığı 30 xalla birinci yerdə gedir.
PTT birinci liqası
16-cı tur
15 dekabr
Erciyesspor - Manisaspor - 2:3
