14 dekabr 2012 12:35
Böyük oyunun taleyinə matça yarım saat qalmış aydınlıq gətiriləcək
Topaz Premyer Liqasının 17-ci “Xəzər Lənkəran” – “Neftçi” oyununun taleyi hələ də qaranlıq olaraq qalmaqdadı. Azerisport.az xəbər verir ki, qarşılaşmanın baş tutub-tutmayacağına dair yekun qərar görüşdən yarım saat öncə qəbul olunacaq.
Belə ki, Lənkəranda olan AFFA nümayəndələri 15:30-da qazonun durumuna bir daha nəzər saldıqdan sonra oyunun keçirilib-keçirilməməsinə dair qərarlarını açıqlayacaqlar.
Qeyd edək ki, hazırda Lənkəranda davam edən güclü yağış şəhər stadionunun durumunu bərbad günə qoyub.
