14 dekabr 2012 12:55
Beşiktaş və Zenit Qəbələyə gəlir
Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək II Beynəlxalq Qəbələ Kubokunun hazırlıqlarına start verilməsi və turnirdə iştirak üçün bir neçə tanınmış kluba dəvət göndərilməsi barədə xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq dəvət alan iki klub – Türkiyə və Rusiya təmsilçiləri “Beşiktaş” və “Zenit” turnirdə iştirakını rəsmi şəkildə təsdiqləyib.
28 may – 02 iyun tarixlərinə baş tutacaq turnirin digər iştirakçılarının adları da yaxın müddətdə müəyyənləşəcək.
Xatırladaq ki, ilk turnir 30 may – 04 iyun 2012-ci il tarixlərində “Vilyarreal”, “Levante” (hər ikisi İspaniya), “Qalatasaray” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Bröndbü” (Danimarka), Serbiya yığma komandasının iştirakı ilə baş tutmuşdu. I Qəbələ Kubokunda Azərbaycan “Qarabağ” və “Qəbələ” ilə təmsil olunmuşdu.
