14 dekabr 2012 13:18
Georgi Çixradze: Hər xal bizim üçün qızıla bərabərdi
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 17-ci turunun “Qəbələ” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bilirik ki, bu, çox vacib oyundu. Həm bizim, həm də “Qəbələ” üçün. Hazırda biz ilk altılığa düşmək üçün mübarizə aparırıq. Ona görə də yaxşı nəticə qazanmağa çalışacağıq. Ümumiyyətlə, hazırda çempionatda elə bir mərhələdəyik ki, hər xal bizim üçün qızıla bərabərdi. Hər oyun gərgin mübarizə şəraitində keçir”.