14 dekabr 2012 13:57
Tahir Süleymanov: XL Milan İnterindən fərqlənmir
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov Topaz Premyer Liqasının 17-ci turunun “Xəzə Lənkəran”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Böyük oyun”dan nə gözləyirsiz?
- Bu oyun həmişə mərkəzi qarşılaşma hesab olunub. Amma “Neftçi” üçün çempionatdakı hər bir oyun vacibdi. Çempion olmaq üçün bütün rəqiblərimizi məğlub etməliyik. “Xəzər Lənkəran” da ölkənin ən güclü komandalarından biridi. Fikrimcə, bu görüş azarkeşlər üçün də çox maraqlı olacaq.
- Futbolçuları Milan “İnter”i ilə oyundan sonra bu görüşə kökləmək çətin olmayacaq ki?
- Mən “Xəzər Lənkəran”ın Milan “İnter”indən fərqləndiyini hesab etmirəm. Hər iki komanda güclü və ambisiyalıdı. Bu gün lənkəranlıların əla bazası, infrastrukturu var. Niyə də onlar Avropa Liqasında çıxış etməməlidilər? Çox istərdik ki, növbəti il qrup mərhələsində iki klubumuz çıxış etsin. Onda çempionatımıza maraq daha da artardı.

- Böyükağa Hacıyevin xidmətində maraqlı olan klublar var. Sizin bundan xəbəriniz var?
- Biz çox şadıq ki, yerli mütəxəssisin rəhbərliyi altında uğur qazana bildik. Onun bu uğurları yerli məşqçilərin Azərbaycan futbolundakı rolundan xəbər verir. Çünki hələ heç bir əcnəbi mütəxəssis Azərbaycanda belə göstəricilərə imza atmayıb. Hacıyevlə əcnəbi klubların maraqlanması da bizi sadəcə sevindirə bilər. “Neftçi” onunla işləməyə davam etmək istəyir. Əgər baş məşqçimiz daha güclü komandaya getmək istəyirsə, o zaman biz danışıqlar stolu arxasına oturmağa hazırıq.

- “İnter”lə oyundan sonra futbolçularınızla maraqlanan klublar var?
- Maraq var. Amma Avropa klubları heç vaxt bir uğurlu oyuna görə futbolçu almırlar. Əgər onlar bir futbolçuyla maraqlanırlarsa, uzun müddət onu izləyirlər. Onu deyə bilərəm ki, hələlik heç bir futbolçumuzla bağlı rəsmi təklif almamışıq.

- “Neftçi” Rodriqinyodan niyə imtina etdi?
- O, hələ ötən mövsümdən zədəli idi. İki dəfə əməliyyat olundu. Onun müalicəsi üçün əlimizdən gələni etdik. Amma Rodriqinyonun müqaviləsinin müddəti başa çatmaqda idi. Biz də belə qərara gəldik ki, onu yeniləməyək. Futbolçu özü də bu qərara hörmətlə yanaşdı.

- Transfer pəncərəsi açılanda komandada ciddi dəyişikliklər olacaq?
- Biz avrokuboklardakı uğurlu çıxışımızın davamını gətirmək istəyirik. Bunun üçün isə gənclərə üstünlük vermək lazımdı. Quliyev, Seyidov, İmamverdiyev – bunlar hamısı öz yetirmələrimizdilər. Onlar yenə şans qazanmalıdılar. Amma bizim hədəflərimizə uyğun olmayan futbolçular da var ki, onlar komandadan uzaqlaşdırılmalıdılar.

- “Neftçi” hazırda potensial liderdi...
- “Neftçi” həmişə çempionluğa oynayıb. Bizim hədəfimiz çempionatda uğur qazanmaq, avrokuboklarda yeni nəticələrə imza atmaqdı. Amma indidən nəyisə demək tezdi.