14 dekabr 2012 14:26
Milli komandalarımızın ən yaxşı futbolçuları Hiltonda mükafatlandırılacaq
Dekabrın 17-də AFFA tərəfindən Azərbaycan milli komandalarının 2012-ci il ərzində ən yaxşı futbolçularının mükafatlandırma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, saat 12:30-da başlayacaq tədbir "Hilton Baku" otelinin "Sevda" zalında təşkil ediləcək. Tədbirə giriş dəvətnamə ilə olacaq.
