14 dekabr 2012 14:53
Xəzər Lənkəran – Neftçi: matç baş tutacaq!
Bu gün Lənkəran şəhər stadionunda “Xəzər Lənkəran”, “Neftçi” rəsmilərinin, eləcə də AFFA rəsmilərinin və hakimlər briqadasının iştirakı ilə toplantı keçirilib. Azerisport.az xəbər verir ki, toplantıda bu iki komanda arasındakı görüşün keçirilib-keçirilməməsi müzakirə olunub.
Son qərar müsbət olub. Belə ki, tərəflər oyunun keçirilməsinə qərar veriblər.
Qeyd edək ki, son günlər yağan yağış Lənkəran şəhər stadionunun ideal olmayan qazonunu bir qədər də yararsız hala salıb. Bu üzdən də qarşılaşmanın təxirə salınmaq ehtimalı yaranmışdı.
