14 dekabr 2012 15:04
Böyük oyunu Xəzər Lənkəran qazanacaq
Azerisport.az daha bir sorğusuna yekun vurub. Sizcə, “Topaz Premyer Liqasının 17-ci turunun “Xəzər Lənkəran” – “Neftçi” matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi bəllidi.
Beləliklə, respondentlərin böyük əksəriyyəti bu qarşılaşmada “Xəzər Lənkəran”ın qalib gələcəyini düşünür – 54 faiz (237 səs)
Qarşılaşmanın heç-heçə bitəcəyini düşünənlər azdı – cəmi 7 faiz (33 səs).
“Neftçi”nin qələbə qazanacağına inanlar isə 39 faiz təşkil edir (172 səs).
