14 dekabr 2012 15:55
Xəzər Lənkəran və Neftçi azakeşləri arasında dava düşüb?
Futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turunun “Xəzər Lənkəran” – “Neftçi” matçından öncə iki komandanın azarkeşləri arasında dava düşdüyü barədə xəbərlər yayılıb. Lakin azerisport.az saytına Peşəkar Futbol Liqasının və “Xəzər Lənkəran”ın mətbuat xidmətindən verilən məlumata görə, Lənkəranda belə bir hadisə baş verməyib.
“Fırtınalar meydanı”nda hər şeyin qaydasında olduğu bildirilir. Hətta belə bir dava olsa da belə, arenadan kənarda olduğu ehtimal olunur.
