15 dekabr 2012 17:09
Mahmud Qurbanov: Müdafiəçilərin səhvindən qapımıza iki qol vuruldu
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Topaz Premyer Liqasının 17-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Meydançanın ot örtüyü istənilən səviyyədə deyil. Müdafiəçilərin səhvindən qapımıza iki qol vuruldu. Bir neçə qol imkanından yararlana bilmədik. Qapıçımızın oyununu qeyd etmək istərdim, bir neçə dəfə komandanı qoldan xilas etdi”.
