15 dekabr 2012 17:36
“Onları məcburiyyətdən əsas heyətdə oynatdım”
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının 17-ci turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“AZAL Premyer Liqanın güclü komandalardan biridir. Bugünkü oyun çox gərgin alındı. Altılıq uğrunda bütün komandalar gərgin mübarizə aparır. Xal itirsəydik, bizim üçün yaxşı olmazdı. Zədəli və cəzalı futbolçularımız çox idi. Məcburiyyətdən ehtiyat oyunçuları əsas heyətdə oynatdım”.
