15 dekabr 2012 17:40
“Altılıq uğrunda sonadək mübarizə aparmalıyıq”
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 17-ci turunun “Turan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Gərgin oyun oldu. Qol imkanlarımız olsa da istifadə edə bilmədik. “Turan” da bir neçə epizodda qapımıza qol vura bilərdi. Qarşıdakı oyunlarda bu xal itkisinin əvəzini çıxmağa çalışacağıq. Altılıq uğrunda sonadək mübarizə aparmalıyıq”.
