15 dekabr 2012 11:46
Pit: Flavinyonun əvəzində Neftçinin başqa üzvü olsaydı, qırmızı vərəqə göstərilərdi
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pit Topaz Premyer Liqasının 17-ci turunun “Neftçi” ilə oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- “Böyük oyun”la bağlı təəssüratlar necədi?
- Çətin oyun oldu. Amma şadam ki, belə bir oyunda qələbə qazana bildik. Meydana da yalnız bunun üçün çıxmışdıq. “Neftçi” həmişəki kimi, yenə də güclü idi. Biz onlara qarşı layiqli mübarizə apardıq. Birinci dövrədə onlar bizi məğlub etmişdilər. Bu dəfə isə biz üstün olduq.

- Mətbuat konfransında baş məşqçiniz Karles Bakes hakim səhvlərindən şikayətləndi. Bununla razısız?
- Arbitrlərdən danışmaq istəməzdim. Amma hərdən elə qərarlar olur ki, göz yummaq olmur. Heç kimdən bizə kömək etmələrini xahiş etmirik. Lakin mane olmaq da lazım deyil. Hakim meydana çıxan komandalardan hansınasa simpatiya nümayiş etdirməməlidi. Sialmas qapıçıyla üz-üzə qalır, hakim ofsayd qərarı verir. Flavinyo mənim ayağıma arxadan zərbə endirdi, hakim heç nə etmədi. Yəqin ki, Flavinyonun əvəzində “Neftçi”nin başqa futbolçusu olsaydı, qırmızı vərəqə göstərilərdi.

- Siz “Neftçi”yə qarşı birinci dövrədə də oynamışdınız. Sizcə, Avropa Liqasındakı çıxışdan sonra bu komandada nə dəyişib?
- “Neftçi”nin Avropa Liqasına necə düşdüyünü biz də bilirik.

- Nəyə işarə vurursuz?
- Vacib deyil. Həmin oyunda onların sadəcə bəxti gətirdi. “Neftçi” ilk dövrədəki oyunda bizə heç nədən qol vurmuşdu. Həmin oyunu da Fariz Yusifov idarə etmişdi. Layiq olmadığım halda, mənə sarı vərəqə göstərmişdi.

- Böyükağa Hacıyev isə “Xəzər Lənkəran”ın zəif oyun sərgilədiyini iddia edir...
- Yəqin ki, o, başqa oyuna baxıb. Biz dörd yüz faizli qol epizodu yaratdıq. “Neftçi” isə bircə penalti qazanmaqla yadda qaldı.
- Qarşıda sizi “Qarabağ”la oyun gözləyir...
- Bu oyunda da işimiz çətin olacaq. Amma “Qarabağ”la oyunda da qələbə qazanmaq istəyirik.