15 dekabr 2012 12:15
Elvin Məmmədov: Qarabağ ilə oyunda bizi ancaq qələbə qane edir
“Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədov Topaz Premyer Liqasının 17-ci turunun “Qarabağ”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Çətin oyun olacaq. “Qarabağ” son aylarda çox yaxşı təsir bağışlayır. Onlar hazırda yüksəlişdədirlər. Bu komanda həmişə kollektiv oyuna üstünlük verib. Amma bizim də qələbə qazanmaq vaxtımızdı. İnanıram ki, komanda bunun üçün əlindən gələni edəcək. Bizi başqa nəticə qane etmir”.