15 dekabr 2012 13:22
Millimizin üzvü yenə oynamadı
Türkiyənin “Eskişehirspor” klubu Super Liqada növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Əskişəhər təmsilçisi 16-cı tur çərçivəsində evdə “Bursaspor” ilə qarşılaşıb.
Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Beləcə, əskişəhərlilər mövsümdə altıncı dəfə sülhə razılaşmalı olublar.
“Eskişehirspor”da forma geyən Azərbaycan yığmasının üzvü Ufuk Budaq bu dəfə də oynamayıb. Baş məşqçi Ersun Yanal ona ilk “18-lik”də də yer verməyib.
“Eskişehirspor” hazırda 24 xalla 5-ci yerdə gedir.
14 dekabr
Eskişehirspor – Bursaspor - 2:2
