15 dekabr 2012 13:31
“Bu şansı əldən verməyə hazırlaşmırıq”
“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Topaz Premyer Liqasının 17-ci turunun “Bakı” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində albaniyalı futbolçu öncə bunları dilə gətirib:
“Şübhəsiz ki, bizi heç də adi olmayan qarşılaşma gözləyir. Çünki oyun səfərdə keçiriləcək. “Bakı” özü də güclü komandadı. Onlar son turlarda yaxşı sürət yığmağa başlayıblar. Artıq mövsümün əvvəli ilə müqayisədə daha yaxşı təsir bağışlayırlar. Ona görə də işimizin asan olmayacağı dəqiqdi”.

Lakin Aqolli hər şeyə rəğmən, qarşılarına maksimum vəzifə qoyduqlarını gizlətmir: “Əsas hədəfimiz qələbə qazanmaqdı. Bu görüşdə xal itirmək istəmirik. Son oyunumuzda heç-heçə ilə kifayətlənməli olmuşduq. Bu dəfə isə eyni nəticə təkrarlanmamalıdı. Bizim vahid lider olmaq, ən azı liderlərdən biri olmaq şansımız var. Bu şansı əldən verməyə hazırlaşmırıq”.
Təcrübəli müdafiəçi komandasının hədəflərindən də danışıb: “Hazırda bizim üçün hər oyun vacibdi. Artıq komandalar arasında elə də ciddi fərq yoxdu. Elə turnir cədvəlindəki xal fərqi də demək olar ki, çox cüzidi. “Bakı” ilə oyundan sonra bizi “Xəzər Lənkəran”la çətin qarşılaşma gözləyir. İli major notlarla başa vurmaq üçün maksimuma nail olmalıyıq”.
Ansi öz zədəsi barədə də məlumat verib: “Artıq hər şey qaydasındadı. Son oyunlarda qoruyucu maska ilə meydana çıxmalı olurdum. Amma yəqin ki, “Bakı” ilə oyunda onsuz ötüşə biləcəm”.