16 dekabr 2012 20:00
Cavid Hüseynov oynamadı, Adana Demirspor qələbə qazandı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun çıxış etdiyi “Adana Demirspor” klubu bu gün Türkiyə PTT Birinci Liqasında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Adana təmsilçisi ölkə çempionatının 16-cı turu çərçivəsində “Göztepe” ilə qarşılaşıb.
Qeyd edək ki, bu qarşılaşma rəqib meydanında keçirilirdi. Bu üzdən də Adana təmsilçisi görüşdən ən azı bir xalla ayrılmağı hədəfləmişdi. Amma görüşü daha yüksək səviyyədə keçirən adanalılar 2 cavabsız qolla növbəti 3 xala sahib çıxıblar.
Son oyunlarda bir qədər az forma şansı qazanan Cavidin bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Təəssüf ki, millimizin üzvü sona qədər ehtiyatda qalıb.
“Adana Demirspor” hazırda 26 xalla 18 komanda arasında 5-ci yerdədi.
Türkiyə PTT birinci liqası
16-cı tur
16 dekabr
Göztepe - Adana Demirspor - 0:2
