16 dekabr 2012 17:53
Sumqayıt Rəvana, Simurq Qəbələyə qalib gəldi (YENİLƏNİB)
Bu gün Topaz Premyer Liqasında 17-ci turun oyunlarına yekun vurulur. Azerisport.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.
Bu mövsüm inamlı çıxışları ilə diqqət çəkən “Qəbələ” “Simurq”la münasibətlərini aydınlaşdırıb. Zaqatala klubu çətin səfər matçında növbəti qələbəsinə sevinib.
Mövsümün uğursuzları - “Rəvan”la “Sumqayıt” da "Bayıl Arena"da üz-üzə gəliblər. Gərgin və qollu keçən görüşdə qələbəni qonaqlar bayram ediblər.
Topaz Premyer Liqası
17-ci tur
16 dekabr (bazar)
RƏVAN – SUMQAYIT - 2:3 (1:1)
Qollar: P.F.Azad, 8 (0:1), N.Orlovski, 32 (1:1), U.Pamuk, 79 (1:2), X.M.Varea, 83 (2:2), C.Sultanov, 90+3-pen (2:3)
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, Tahir Əhmədov.
Bakı. Bayıl Arena.
Oyun başladı
5. Hər iki komanda oyuna fəal başlayı
8. P.F.Azad dəqiq zərbə ilə doqquzluğu nişan alır və erkən qola imza atır - 0:1
10. Komandalar açıq oyuna üstünlük verirlər
15. Qonaqlar kornerdən yaxşı yararlana bilmirlər
18. S.Barlay sarı vərəqə alır
20. M.Zeçeviç də sarı vərəqə ilə cəzalanır
22. "Rəvan"ın qapıçısı komandasını real qoldan xilas edir
23. Korner zamanı Sultanovun yekun zərbəsi hədəfdən yan keçir
30. "Rəvan" təzyiqi artırıb və cavab qolunu vurmağa çalışır
32. Orlovski cərimə zərbəsi zamanı qapıçının tuta bilmədiyi topu təkrar zərbə ilə tora qovuşdurur - 1:1
35. "Rəvan" iki dəfə qola yaxın olsa da, qonaqların açıq-aşkar bəxti gətirir
44. O.Əliyev də sarı vərəqə alır
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
49. Torres qol vurmağa çox yaxın olsa da, zərbəsi qapıdan azca yan keçir
57. N.Qurbanovu R.Cəlilov əvəzləyir
62. Torres də sarı vərəqə alır
65. U.Pamuk simulyasiyaya görə sarı vərəqə alır
66. Vidakoviçi F.Bosman əvəzləyir
79. Pamuk qüvvətli zərbə ilə uzaq küncü dəqiq nişan alır və komandasını yenidən hesabda önə keçirir - 1:2
80. R.Qurbanovu S.Allahquliyev əvəzləyir
83. Allahquliyevin ilk işi sarı vərəqə almaq olur
83. X.M.Varea əla cərimə zərbəsi ilə hesabı bərabərləşdirir - 2:2
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+2. Zeçeviç cərimə meydançasında kobudluğa görə penaltiyə səbəb olur
90+3. C.Sultanov penaltini dəqiq yerinə yetirərək, komandasının qələbəsini rəsmiləşdirir - 2:3
Matç başa çatdı
RƏVAN: 1. Lukaş Sapela, 3. Miloş Zeçeviç (k), 5. Nikolay Orlovski, 8. Tural Axundov, 10. Nemanya Vidakoviç, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varea, 18. Samuel Barlay, 20. Kristian Torres, 22. Tofiq Mikayılov, 27. Nuran Qurbanov.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 26. Fransis Bosman, 17. Rüfət Cəlilov, 16. Orxan Lalayev, 15. Tural Cəlilov, 11. Şeriff Suma, 4. Ekrem Hodziç.
SUMQAYIT: 12. Elçin Sadıqov, 2. Slavik Alxasov, 3. Aftandil Hacıyev, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad Azad, 9. Orxan Əliyev, 10. Ceyhun Sultanov, 17. Emin Cəfərquliyev, 21. Məhəmməd Mirzəbəyov, 76. Uğur Pamuk, 91. Ruslan Qurbanov.
Ehtiyat oyunçular: 90. Anar Məhərrəmov, 11. Sabir Allahquliyev, 22. Xəyal Mustafayev, 25. Aydın Qasımov, 92. Bəxtiyar Həsənalızadə, 95. Ruslan Nəsirli.
QƏBƏLƏ – SİMURQ - 0:1 (0:0)
Qol: M.Bojiç, 77 (0:1)
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Elşən Acalov, İnqilab Məmmədov.
Qəbələ. Şəhər stadionu.
Oyun başladı
5. Meydan sahibləri qarşılaşmaya daha fəal başlayıblar
10. "Simurq" isə müdafiədə diqqətli oynayıb, rəqibi əks-hücumlarda yaxalamağa çalışır
12. Dodo qol vurmağa yaxın olsa da, son anda zərbəsi dəqiq olmur
17. Kamanan hesabı açmağa çox yaxın olsa da, son anda qapıçı əla reaksiya ilə qola imkan vermir
17. Meydan sahiblərinin korneri zamanı Kamananın zərbəsi yenə qapıçıda qalır
25. "Qəbələ" oyuna nəzarəti davam etdirir və rəqib qapısı qarşısında yeni qol vəziyyətləri yaratmağa çalışır
30. Mübarizə daha çox meydanın mərkəzində keçir və tez-tez baş verən qayda pozuntuları səbəbindən o qədər də sürətli oyun izləmək mümkün deyil
33. A.Şemonayev sarı vərəqə alır
34. "Qəbələ" növbəti dəfə qola yaxın oldu. Şemonayev son anda topu kornerə çıxarır
35. Meydan sahiblərinin korner vuruşu yenə bəhrəsiz qalır
38. E.Baxşiyev də sarı vərəqə ilə cəzalanır
43. Bojiçin qapıya zərbəsi hədəfdən yan keçir
45. İlk yarıya 2 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
47. "Qəbələ" təhlükəli nöqtədən cərimə zərbəsi vurmaq hüququ qazanır: R.Abdullayevin zərbəsini qapıçı çətinliklə də olsa, dəf edə bilir
54. İ.Qırtımov sarı vərəqə ilə cəzalanır
55. E.Baxşiyevin əvəzində meydana V.Mendi çıxır
56. Qonaqların korner vuruşu qol gətirmir
57. R.Ramaldanov da sarı vərəqə alır
60. M.Bojiç sarı vərəqə alan futbolçuların sırasına qoşulur
65. "Qəbələ" təzyiqi daha da artırıb. Amma qonaqlar müdafiədə diqqətlidilər
71. R.Abdullayevin zərbəsini qapıçı tutur
77. Bojiç cərimə meydançasına ötürməni dəqiq baş zərbəsi ilə tora qovuşdurur - 0:1
78. Dodonun zərbəsini qapıçı tutur
83. "Qəbələ" təhlükəli nöqtədən daha bir cərimə zərbəsi vurmaq hüququ qazanır: Dodonun zərbəsi canlı səddən dönür
85. M.Səttarlını N.Qurbanov əvəzləyir
85. Səttarlı meydanı gec tərk etdiyi üçün sarı vərəqə alır
86. Kamanan əlverişli mövqedən qapıya dəqiq zərbə endirə bilmir
89. Popoviçi R.Eyyubov əvəzləyir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. "Qəbələ" bütün komandayla irəli atılsa da, istəyinə çata bilmir
90+2. Meydan sahibləri ardıcıl iki korner yerinə yetirsə də, yenə qol vura bilmirlər
90+3. Son saniyələrdə R.Məmmədov da meydana çıxır
90+5. D.Petrkeviç sarı vərəqə alır
Matç başa çatdı
Vüsal Əliyev matç başa çatandan sonra Petrkeviçə qırmızı vərəqə göstərir
QƏBƏLƏ: 30. Anar Nəzirov, 8. Bruno Da Silva, 10. Dodo, 11. Yannik Kamanan, 15. Umar Kalabane, 19. Rövşən Əmiraslanov, 21. Elmar Baxşıyev, 22. Lourival Rodriqes, 27. Rəşad Abdullayev (k), 34. Ürfan Abbasov, 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 7. Yaşar Abuzərov, 9. Viktor Mendi, 3. Vurğun Hüseynov, 23. Şəhriyar Xəlilov, 26. Daniel Lopes Kruz, 35. Tərzin Cahangirov.
SİMURQ: 22. David Pietrzkieviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 7. Ruslan Poladov, 8. Qərib İbrahimov, 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak, 6. Anderson Olivyera, 21. Murad Səttarlı, 25. Mario Bojiç.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 9. Marçin Burhard, 14. Asif Mirili, 17. Rüstəm Məmmədov, 19. Nicat Qurbanov, 20. Rəşad Eyubov, 79. Nenad Stoyanoviç.
Turun digər oyunları: Xəzər Lənkəran – Neftçi - 2:1, Kəpəz – İnter - 0:2, Bakı – Qarabağ - 0:0, AZAL – Turan - 0:0.
| 1 | İnte | 16 | 8 | 6 | 2 | 17 | 6 | +11 | 30 |
| 2 | Qarabağ | 17 | 7 | 7 | 3 | 22 | 16 | +6 | 28 |
| 3 | Simurq | 16 | 7 | 6 | 3 | 19 | 11 | +8 | 27 |
| 4 | Qəbələ | 16 | 7 | 4 | 5 | 19 | 17 | +2 | 25 |
| 5 | Neftçi | 14 | 8 | 0 | 6 | 29 | 17 | +12 | 24 |
| 5 | XL | 17 | 6 | 6 | 5 | 24 | 17 | +7 | 24 |
| 7 | AZAL | 16 | 5 | 7 | 4 | 19 | 15 | +4 | 22 |
| 8 | Turan | 16 | 5 | 5 | 6 | 19 | 20 | –1 | 20 |
| 9 | Bakı | 15 | 3 | 9 | 3 | 14 | 11 | +3 | 18 |
| 10 | Rəvan | 16 | 4 | 4 | 8 | 14 | 25 | –11 | 16 |
| 11 | Sumqayıt | 16 | 3 | 5 | 8 | 12 | 29 | –17 | 14 |
| 12 | Kəpəz | 17 | 2 | 3 | 12 | 10 | 34 | –24 | 9 |
Bombardirlər:
14 - Nikolas Kanales (Neftçi)
8 - Franko Nildo (AZAL)
7 - Salif Ballo (Turan)
6 - Zohair Benuahi (AZAL), Riçard Almeyda (Qarabağ).
