15 dekabr 2012 14:43
AFFA çempionat oyunlarını təxirə saldı
AFFA-nın U-11, "Coca-Cola U-13" və U-14 liqalarında 9-cu tur çərçivəsində keçirilməli olan əksər oyunlar təxirə salınıb. Azerisport.az xəbər verir ki, bu barədə futbol qurumunun yaydığı rəsmi məlumatda xəbər verilir.
Məlumatda bildirilir ki, Lənkəran, Cəlilabad və Ağsu rayonlarında keçirilməli olan oyunlar hava şəraiti ilə bağlı təxirə salınıb.
