15 dekabr 2012 16:18
Qurban Qurbanov: Heç-heçəni pis nəticə saymıram
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 17-ci turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyuna ciddi hazırlaşmışdıq. Hər iki komanda qapalı futbol göstərdi. “Bakı” çox sürətli oyun göstərir. Bunu “Neftçi” və “Qəbələ” ilə oyunlarda da gördük. Meydanı qol vurmadan tərk etmirdilər. Biz 3 xal qazanmaq istəyirdik. Amma heç-heçəni də pis nəticə saymıram”.
