15 dekabr 2012 16:24
Bojidar Bandoviç: Hesabdan razı deyiləm
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 17-ci turunun “Qarabağ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Hesabdan razı deyiləm. Meydana 3 xal üçün çıxmışdıq, amma qələbə qazana bilmədik. Futbolçularımız əzmkar oynadı, cinahlardan yaxşı hücumlar qurduq. Amma cərimə meydançasında bunlardan istifadə edə bilmədik. Komandam təcrübə baxımından yaxşı idi. Əsas 3 xal idi, amma təəssüf ki, onu qazana bilmədik. Komandamızda zəif futbolçu yoxdur. Axırıncı 6 oyunda 5 qol vurmuşuq. Amma hücumçuya ehtiyacımız var”.
