16 dekabr 2012 20:15
Bernard Raab: Sumqayıt daha baxımlı oyun göstərdi
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Topaz Premyer Liqasının 17-ci turunun “Rəvan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 3:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“90 dəqiqə ərzində maraqlı oyun izlədik. Hər iki komanda açıq oyuna üstünlük verdi. Bizim komanda daha baxımlı oyun və qələbə əzmi göstərdi. Qalib gəldiyimiz üçün şadam”.
