16 dekabr 2012 11:35
Kamran Ağayev qəzaya uğradı
Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev avtomobil qəzasına uğrayıb. Azerisport.az xəbər verir ki, xoşbəxtlikdən millimizin qapıçısı qəzanı yüngül xəsarətlərlə adlayıb.
Hazırda futbolçunun durumu normal qiymətləndirilir. Amma onun maşınına bir qədər maddi ziyan dəydiyi bildirilir.
Qeyd edək ki, Kamran uzun müddətdi “Xəzər Lənkəran”ın düşərgəsindən ayrılıb və fərdi məşqlərlə kifayətlənir.
