17 dekabr 2012 00:28
Böyük zəfər və ya Premyer Liqa bir liderini itirdi
Futbol üzrə Topaz Premyer Liqasında daha bir tura arxada qaldı. Azerisport.az xəbər verir ki, üç gün ərzində baş tutan hesabat turunun oyunlarına “Böyük oyun” damğasını vurdu.
Elə açılış matçı olan “Xəzər Lənkəran”la “Neftçi”nin duelinə maraq kifayət qədər böyük idi. İlk dövrədə keçirilən oyunda cənublular uduzduğundan, bu dəfə meydan sahiblərinin revanşa çalışacağı şübhəsiz idi. “Neftçi” isə növbəti qələbə sayəsində turnir cədvəlində irəliləmək fikrindəydi. Amma Böyükağa Hacıyevin yetirmələrinin bu istəyi baş tutmadı. Görüşün əvvəlində və sonlarında buraxılan qollar “ağ-qaralar”ın məğlubiyyətinə gətirib çıxardı. “Ağ-yaşıllar” isə sadəcə bir penalti qoluna üzüldülər. Bu qələbə sayəsində Karles Bakesin komandası son ölkə çempionu ilə xallarını bərabərləşdirmiş oldu.
İkinci oyun günündə daha bir prinsipial qarşılaşma baş tutdu. Çempionatın liderlərindən biri – “Qarabağ” səfərdə “Bakı” ilə münasibətlərinə aydınlıq gətirdi. Qurban Qurbanovun komandası növbəti qələbəsini qazanıb liderlər qrupunda qalmağı hədəfləmişdi. Bojidar Bandoviçin yetirmələri isə son dövrlərdəki inamlı çıxışın davamını gətirmək istəyirdi. Amma komandalardan heç bir qarşıya qoyulan maksimum vəzifəni həyata keçirə bilmədi. Çünki tərəflərdən heç bir rəqib qapısına yol tapa bilmədiyindən, qarşılaşma heç-heçə bitdi. Bu, Ağdam klubunun zirvədən enməsi ilə nəticələndi. “Bakı” isə hələ də ilk altılıqdan kənarda qalmaqda davam edir.
Çempionatın digər lideri “İnter” də “Kəpəz”lə qarşılaşdı. Qarşılaşma Gəncədə keçirilsə də, favorit paytaxt klubu idi. Çünki cari mövsümün aşkar autsayderinə çevrilən Gəncə klubu heç də sürprizə imza atacaq gücdə deyildi. Mahmud Qurbanovun yetirmələri maksimum heç-heçəyə nail ola bilərdi. Amma bölgə təmsilçisi heç bu istəyinə də çata bilmədi. 2 cavabsız qola sevinən “bankirlər” növbəti 3 xal sayəsində zirvədəki mövqeyini qorudu. Gəncəlilər isə hələ ki, son pillədədilər və bu gedişlə zirzəmidən çıxmaları çətin görünür.
Premyer Liqanın başqa bir lideri – “Simurq” da bu dəfə “Qəbələ” ilə qarşılaşdı. Bu görüşə də maraq kifayət qədər yüksək idi. Cari mövsümün ən iddialı klublarından birinə çevrilən Zaqatala təmsilçisi “İnter”dən geri qalmamaq üçün qələbə qazanmağı hədəfləmişdi. Ramiz Məmmədovun gəlişindən sonra yüksəlişə keçən meydan sahibləri də qələbəyə şanslı hesab olunurdu. Ən azı ona görə ki, qarşılaşma Qəbələdə keçirilirdi. Amma Georgi Çixradzenin komandası növbəti sürprizə imza atmağı bacardı. Səfərdə vurulan yeganə qol bu komandaya çox vacib 3 xal qazandırdı. Bu qələbə sayəsində “Simurq” “İnter”lə şərikli liderliyini davam etdirməkdədi.
Bu turun növbəti sürprizinə isə “Sumqayıt” imza atdı. Çempionatın əvvəlində bir ara ardıcıl xallar qazanan bu komandanın bu dəfəki qurbanı “Rəvan” oldu. Kifayət qədər qollu keçən görüşdə “aslanlar” iki qol vursalar da, sumqayıtlılar daha artığını vurmağı bacardılar. Bu qələbə sayəsində Bernard Raabın komandası “Rəvan”ı turnir cədvəlində qabaqlamağa da nail oldu.
Topaz Premyer Liqası
17-ci tur
14 dekabr (cümə)
XƏZƏR LƏNKƏRAN – NEFTÇİ - 2:1 (1:0)
Qollar: D.Sialmas, 6 (1:0), N.Kanales, 52 (1:1), A.Pit, 83 (2:1)
Sarı vərəqələr: Elnur Abdullayev, 43 (qeyri-idman hərəkəti); Orxan Sadıqlı, 51 (qeyri-idman hərəkəti); Rahid Əmirquliyev, 54 (hakimə etiraz); Vanderson Skarduelli, 85 (vaxtı uzatdığına görə); Branimir Subaşiç, 90 (qeyri-idman hərəkəti) - Tərlan Quliyev. 24 (qeyri-idman hərəkəti); Julius Vobay, 27 (qeyri-idman hərəkəti); Flavinyo, 44 (qeyri-idman hərəkəti); Araz Abdullayev, 90+3 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Rza Məmmədov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
14 dekabr 2012. Lənkəran. Şəhər stadionu. 9500 tamaşaçı.
Xəzər Lənkəran: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 9. Branimir Subaşiç (55. Ağabala Ramazanov, 90+3), 10. Elnur Abdullayev, 11. Dmitrios Sialmas (7. Sadio Tounkara, 74), 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Manuel Skarlatake.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Akif Tağıyev, 17. Kazım Kazımlı, 20. Elnur Cəfərov, 42. Kamran Abdullazadə.
Baş məşqçi: Karles Bakes.
Neftçi: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo
(17. Araz Abdullayev, 77), 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 25. Cavid İmamverdiyev (19. Mirhüseyn Seyidov, 71).
Ehtiyat oyunçular: 12. Emil Balayev, 14. Bahodir Nasimov, 20. Eşqin Quliyev, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Böyükağa Hacıyev.
KƏPƏZ – İNTER - 0:2 (0:1)
Qollar: V.Levin, 23 (0:1), N.Hacıyev, 72 (0:2)
Sarı vərəqələr: Armand Feutçin, 10 (qeyri-idman hərəkəti); Georgi Sepiaşvili, 16 (qeyri-idman hərəkəti); Məhərrəm Hüseynov, 33 (qeyri-idman hərəkəti) - Slavço Georgiyevski, 43 (qeyri-idman hərəkəti); Arif Daşdəmirov, 85 (oyunun bərpasını gecikdirdiyi üçün).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Diniyev.
AFFA nümayəndəsi:Telman Əzizov.
Hakim-inspektor: Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
15 dekabr 2012. Gəncə. Şəhər stadionu. 1000 tamaşaçı.
Kəpəz: 1. İvan Radoş, 6. Məhərrəm Hüseynov, 9. Bəxtiyar Soltanov, 10. Armand Feutçin, 13. Emin İmaməliyev, 15. Şahin Kərimov (k) (17. Ceyhun Əhmədov, 77), 18. Nikolay Svejentsev, 20. Emin Əliyev, 26. Georgi Sepiaşvili, 30. Yuri Fomenko, 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 16. XəyalZeynalov, 2. Nicat Məmmədov, 11. Ziyabil Məmmədov, 14. Elxan Əzizov, 23. Vüqar İbrahimov, 24. Oqtay Məmmədov.
Baş məşqçi: Mahmud Qurbanov.
İnter: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov (11. Asif Məmmədov, 83), 8. Nizami Hacıyev, 9. Daniel Genov (4. Valeri Abramidze, 59), 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze (77. Ramil Masnurov, 70), 24. Fuad Bayramov.
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 17. Aleksandr Qross, 25. İbrahima Niasse, 47. Abdulla Abatsiyev.
Baş məşqçi: Kaxaber Tsxadadze.
BAKI – QARABAĞ - 0:0 (0:0)
Sarı vərəqələr: Elvin Məmmədov, 69 (kobud oyun); Nurlan Novruzov, 90+1 (qeyri-idman hərəkəti) - Ansi Aqolli, 41 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə).
Qırmızı vərəqə: Qara Qarayev, 90+1 (bilərəkdən rəqibin ayağına zərbə).
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Namiq Hüseynov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
15 dekabr 2012. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı.
Bakı: 82. Edin Nuredinoski, 25. Şəhriyar Əliyev, 6. İbrahim Karqbo, 29. Əziz Quliyev, 2. Edemir Rodriqes, 11. Elvin Məmmədov (k) (23. Maris Verpakovski, 81), 10. Lukas Mario Horvat, 8. Junior Vilson, 7. Deyvidas Çesnauski (19. Nurlan Novruzov, 66), 17. Ramazan Abbasov, 77. Aleksandar Soliç.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 18. Tural Qürbətov, 27. George Popxadze, 14. Elvin Əliyev, 3. Denis İvanov.
Baş məşqçi: Bojidar Bandoviç.
Qarabağ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (18. İlqar Qurbanov, 75), 7. Namiq Yusifov, 10. Muarem Muarem (11. Rauf Əliyev, 62), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov (17. Vüqar Nadirov, 76).
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 6. Hacı Əhmədov, 9. Tural İsgəndərov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
AZAL – TURAN - 0:0 (0:0)
Sarı vərəqələr: Viktor İqbekoyi, 25 (qeyri-idman hərəkəti); Bronislav Arsenyeviç, 26 (hakimə etiraz).
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Knyaz Əmiraslanov, Anar Göyçayski.
AFFA nümayəndəsi:Maşallah Əhmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
15 dekabr 2012. Bakı. AZAL Arena. 200 tamaşaçı.
AZAL: 1. Amil Ağacanov, 2. Xuan Fransisko, 3. Usim Nduka (k), 4. Xose Junior Aylton, 20. Branislav Arseniyeviç, 6. Tagim Novruzov, 17. Viktor İbekoyi, 22. Ruslan Tağızadə (37. Andrius Veliçka,77), 19. Orxan Səfiyaroğlu (7. Cavid Tağıyev, 46), 11. Zohair Benouahi, 16. Junior Nildo.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 9. Elşən Məmmədov, 10. Tərlan Xəlilov, 23. Tural Nərimanov, 99. Orxan Həsənov.
Baş məşqçi: Vaqif Sadıqov.
Turan: 1. İvan Qrabovaç, 5. Fərid Quliyev, 6. Mikayıl Rəhimov, 7. Azər Məmmədov (11. Qoqi Pipiya, 60), 9. Murad Ağakişiyev, 10. Hafiz Əliyev (k), 14. Ender Günlü, 16. Elmixan Məmmədov (8. Budaq Nəsirov, 66), 21. Antonio Rukavina, 22. Salif Ballo (17. Fərmayıl Əliyev, 90+1), 26. Aleksandr Krutskeviç.
Ehtiyat oyunçular: 27. Natiq Səhrətov, 18. Seymur Tağıyev, 20. İlkin Sadıqov, 23. İrakli Beraya.
Baş məşqçi: Əfqan Talıbov.
RƏVAN – SUMQAYIT - 2:3 (1:1)
Qollar: P.F.Azad, 8 (0:1), N.Orlovski, 32 (1:1), U.Pamuk, 79 (1:2), X.M.Varea, 83 (2:2), C.Sultanov, 90+3-pen (2:3).
Sarı vərəqələr: Samuel Barlay, 19 (düşünmədən ayağa zərbə); Miloş Zeçeviç, 20 (qeyri-idman hərəkəti); Kristian Torres, 63 (düzgün olmayan sürüşmə fəndi); Şəhriyar Rəhimov, 90+2 (rəqibə badalaq) - Orxan Əliyev, 44 (qeyri-idman hərəkəti); Uğur Pamuk, 65 (simulyasiya); Sabir Allahquliyev, 83 (düzgün olmayan sürüşmə fəndi); Samir Abasov, 89 (perpspektivli hücumun qarşısını aldığına görə).
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi:Elbrus Abbasov.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
16 dekabr 2012. Bakı. Bayıl Arena. 250 tamaşaçı.
Rəvan: 1. Lukaş Sapela, 3. Miloş Zeçeviç (k), 5. Nikolay Orlovski, 8. Tural Axundov, 10. Nemanya Vidakoviç (26. Fransis Bosman, 65), 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varea, 18. Samuel Barlay, 20. Kristian Torres, 22. Tofiq Mikayılov, 27. Nuran Qurbanov (17. Rüfət Cəlilov, 57).
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 16. Orxan Lalayev, 15. Tural Cəlilov, 11. Şeriff Suma, 4. Ekrem Hodziç.
Məşqçi: Anar Vəliyev.
Sumqayıt: 12. Elçin Sadıqov, 2. Slavik Alxasov, 3. Aftandil Hacıyev, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad Azad, 9. Orxan Əliyev, 10. Ceyhun Sultanov, 17. Emin Cəfərquliyev, 21. Məhəmməd Mirzəbəyov, 76. Uğur Pamuk, 91. Ruslan Qurbanov (11. Sabir Allahquliyev, 80).
Ehtiyat oyunçular: 90. Anar Məhərrəmov, 22. Xəyal Mustafayev, 25. Aydın Qasımov, 92. Bəxtiyar Həsənalızadə, 95. Ruslan Nəsirli.
Baş məşqçi: Bernard Raab.
QƏBƏLƏ – SİMURQ - 0:1 (0:0)
Qol: M.Bojiç, 77 (0:1)
Sarı vərəqələr: Elmar Baxşıyev, 38 (qeyri-idman hərəkəti) - Aleksandr Şemonayev, 33 (qeyri-idman hərəkəti); İlkin Qırtımov, 53 (qeyri-idman hərəkəti); Rasim Ramaldanov, 56 (qeyri-idman hərəkəti); Mario Bojiç, 60 (qeyri-idman hərəkəti); Murad Səttarlı, 85 (qeyri-idman hərəkəti); Qərib İbrahimov, 90+2 (qeyri-idman hərəkəti); David Pietrzkeviç, 90+3 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: David Pietrzkeviç (oyundan sonra hakimi təhqir etdiyinə görə)
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Elşən Acalov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi:Oqtay Abdullayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
16 dekabr 2012. Qəbələ. Böyük Əmili kənd stadionu. 500 tamaşaçı.
Qəbələ: 30. Anar Nəzirov, 8. Bruno Da Silva, 10. Luis Paulo Hilario, 11. Yannik Kamanan, 15. Umar Kalabane, 19. Rövşən Əmiraslanov, 21. Elmar Baxşıyev (9. Viktor Mendi, 55), 22. Lourival Rodriqes Assis, 27. Rəşad Abdullayev (k), 34. Ürfan Abbasov, 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 7. Yaşar Abuzərov, 3. Vurğun Hüseynov, 23. Şəhriyar Xəlilov, 26. Daniel Lopes Kruz, 35. Tərzin Cahangirov.
Baş məşqçi: Ramiz Məmmədov.
Simurq: 22. David Petrkeviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k) (17. Rüstəm Məmmədov, 90+3), 7. Ruslan Poladov, 8. Qərib İbrahimov, 10. Zdravko Popoviç (20. Rəşad Eyubov, 88), 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak, 6. Anderson Oliveyra, 21. Murad Səttarlı (19. Nicat Qurbanov, 85), 25. Mario Bojiç.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 9. Marçin Burhard, 14. Asif Mirili, 79. Nenad Stoyanoviç.
Baş məşqçi: Georgi Çixradze.
| 1 | İnter | 16 | 8 | 6 | 2 | 17 | 6 | +11 | 30 |
| 1 | Simurq | 17 | 8 | 6 | 3 | 20 | 11 | +9 | 30 |
| 3 | Qarabağ | 17 | 7 | 7 | 3 | 22 | 16 | +6 | 28 |
| 4 | Qəbələ | 17 | 7 | 4 | 6 | 19 | 18 | +1 | 25 |
| 5 | Neftçi | 14 | 8 | 0 | 6 | 29 | 17 | +12 | 24 |
| 5 | XL | 17 | 6 | 6 | 5 | 24 | 17 | +7 | 24 |
| 7 | AZAL | 16 | 5 | 7 | 4 | 19 | 15 | +4 | 22 |
| 8 | Turan | 16 | 5 | 5 | 6 | 19 | 20 | –1 | 20 |
| 9 | Bakı | 15 | 3 | 9 | 3 | 14 | 11 | +3 | 18 |
| 10 | Sumqayıt | 17 | 4 | 5 | 8 | 15 | 31 | –16 | 17 |
| 11 | Rəvan | 17 | 4 | 4 | 9 | 16 | 28 | –12 | 16 |
| 12 | Kəpəz | 17 | 2 | 3 | 12 | 10 | 34 | –24 | 9 |
Bombardirlər:
14 - Nikolas Kanales (Neftçi)
8 - Franko Nildo (AZAL)
7 - Salif Ballo (Turan)
6 - Zohair Benuahi (AZAL), Riçard Almeyda (Qarabağ).
